“Napoli”nin yarımmüdafiəçisi “Everton”a keçir

 21:51 29.08.2020     140

“Everton” “Napoli” ilə braziliyalı yarımmüdafiəçi Markes Allanın transferi barədə razılığa gəlib.

Redaktor.az  xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano “Twitter”də yazıb.

Jurnalist bildirib ki, İngiltərə klubu oyunçuya 25 milyon avro və bonus ödəyəcək. Artıq bütün şərtlər razılaşdırılıb.

Futbolçu ilə “PSJ” də maraqlanırdı.

Yarımmüdafiəçi 2015-ci ilin yayında “Napoli”yə keçib. Futbolçunun Neapolitan klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.

Sona çatan mövsümdə Allan “A” Seriyasında 23 matç oynayıb. İki qol vurub və bir məhsuldar ötürmə edib.//Report