“Arsenal” yeni mövsümdə ilk titulunu qazanıb

Avqustun 29-da futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib.
Redaktor.az xəbər verir ki, qarşılaşmada Premyer Liqanın qalibi “Liverpul” və ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəliblər.
Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar. Bu seriyada daha dəqiq olan “Arsenal” tarixində 16-ci dəfə İngiltərə Super kubokunun qalibi adını qazanıb.//Azərtac