17 yaşlı futbolçu güllələndi - yatdığı yerdə

 23:25 29.08.2020     495

Amerika futbolu üzrə “Troyans” klubunun oyunçusu Snkes Cermeyn Perri qətlə yetirilib.

Redaktor.az xəbər verir ki, 17 yaşlı futbolçu yatarkən güllələnib.

Onun məskunlaşdığı çoxmənzilli evə bayırdan bir neçə atəş açılıb. Atəş barədə məlumat alan polis gecə yaşanan hadisə yerində yaralı Perrini aşkarlayıb.

İdmançı xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Şahidləri dindirən polis araşdırmaları davam etdirir.//Apasport.az

Vumart və Güvən reklamı Vumart Güvən