Qəbələdə uşu üzrə açıq turnirin qalibləri müəyyənləşib

 20:27 30.08.2020     395

Qəbələ Olimpiya İdman Kompleksində keçirilən və Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinə həsr edilən uşu üzrə açıq turnirə yekun vurulub.

Redaktor.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə təşkil edilən turnirdə 200-yə yaxın yeniyetmə və gənc idmançı qatılıb.

Yarışda “Arktika” klubunun idmançıları bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. “Məhəmmədi Anar” klubu ikinci, Göyçay komandası isə üçüncü pillədə qərarlaşıblar. Turnirdə Bakı, Gəncə, Samux, Göyçay, Ucar, Bərdə və Şəki komandaları iştirak ediblər.//Azərtac

Vumart və Güvən reklamı Vumart Güvən