“Tottenhem”dən 16 milyonluq transfer

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Redaktor.az xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.//sia.az