"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bilindi

 14:14 31.08.2020     612

Bu gün Çempionlar Liqasında  III təsnifat mərhələsinin püşkü atılıb.

Redaktor.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ın rəqibi müəyyənləşib.

Səpələnmişlər səbətində yer alan “Qarabağ” “Molde” (Norveç) klubu ilə qarşılaşacaq.

"Qarabağ" əvvəlki mərhələlərdə “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq. //Offsideplus.az

Vumart və Güvən reklamı Vumart Güvən