İbrahimoviç “Milan”la müqaviləsini yeniləyib

 05:26 01.09.2020     105

İsveçli futbolçu Zlatan İbrahimoviç "Milan" ilə müqaviləsini daha bir mövsüm uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Razılaşma 30 iyun 2021-ci il tarixinədək qüvvədədir. 38 yaşlı forvardın artıq təlim bazasında komandaya qoşulduğu və ilk məşqdə iştirak etdiyi qeyd olunur.

2020/21 mövsümündə hücumçu 18 matç keçirib, 10 qol vurub, beş faydalı ötürmə edib və A Seriyası tarixində bir mövsümdə 10 qol vuran ən yaşlı oyunçu olub.

Z.İbrahimoviç "Milana" 2019-cu ilin dekabrında mövsümün sonuna qədər müqavilə imzalayaraq qayıdıb. Daha əvvəl 2010-2012-ci illərdə "Milan" klubunda oynayarkən komanda ilə İtaliya çempionu (2011) və ölkənin Superkubokunun (2011) sahibi olub. Futbolçu karyerası boyunca Niderland (Ayaks), İtaliya (İnter, Milan), İspaniya (Barselona), Fransa (PSJ) çempionatlarını, bu ölkələrin kuboklarını və super kuboklarını qazanıb və İngiltərənin "Mançester Yunayted" komandasının tərkibində Avropa Liqasının qalibi olub. İsveç millisi üçün forvard 62 dəfə fərqləndiyi 116 matç keçirib və ölkə yığmasının tarixinin ən yaxşı bombardiridir.