"Zirə" braziliyalı futbolçu ilə müqavilə bağladı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Redaktor.az xəbər verir ki, "qartallar" Mateus Albino ilə anlaşıb.
25 yaşlı braziliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Albino daha əvvəl ölkəsinin "Joinvil" və "Londrina" klublarının da şərəfini qoruyub.