Aleksandr Səmədovun komandası qrup mərhələsinə yüksəldi

 01:17 03.09.2020     151

Rusiya millisinin və Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədovun çıxış etdiyi "Znamya" klubu ölkə kubokunun 1/64 final mərhələsində "Sokol"la qarşılaşıb.

Redaktor.az-ın məlumatına görə, əsas vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında daha dəqiq (6:5) oynayan Noqinsk təmsilçisi turnirin qrup mərhələsinə vəsiqə qazanıb.

Veteran yarımmüdafiəçi bu görüşdə iştirak etməyib. Onun yığmadan keçmiş komanda yoldaşları Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayev isə meydanda olublar.

Qeyd edək ki, Aleksandr Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib. //Report.az