Milli komandamıza yeni futbolçu çağırıldı

 12:07 03.09.2020     394

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Redaktor.az-ın məlumatına görə, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.

Yarımmüdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Kiprlə keçiriləcək oyunlarda baş məşqçi Canni De Byazinin ixtiyarında olacaq.

Qeyd edək ki, millimiz sentyabrın 5-də Bakıda Lüksemburq, 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq. //Apasport