Ronaldo Xorvatiya ilə oyunu buraxa bilər

 16:53 03.09.2020     144

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yığmanın ümumi məşqini buraxıb.

Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçunun sağ barmağında infeksiya olduğu üçün o, komanda ilə birlikdə hazırlıqda iştirak etməyib.  "Yuventus"un oyunçusunun hazırda antibiotik müalicəsi aldığı bildirilib.

İtaliya mətbuatı isə Ronaldonun idman zalında məşq etdiyini yazıb. Onun Millətlər Liqasında sentyabrın 5-i keçiriləcək Xorvatiya ilə oyununda iştirakı sual altındadır.