Əfran İsmayılovun yeni klubu müəyyənləşdi

2019/2020 mövsümünün sonunda "Keşlə"dən ayrılan Əfran İsmayılov "Səbail"ə keçib.
Redaktor.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "dənizçilər"lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib. //Report.az