Futbol klubunun prezidenti rüşvətxorluqda ittiham olunub

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu Kataloniya polisi tərəfindən korrupsiyada ittiham olunur.
Redaktor.az-ın məlumatına görə, futbol funksioneri bununla əlaqədar məhkəməyə verilib.
Polis onun klub adına bağlanan müqavilələrdən şəxsi maddi qazanc götürdüyünü iddia edib. Bartomeunun bazar dəyərindən 6 qat çox olan sözləşməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunub. Kataloniya rəhbərliyi hazırda bu məsələni araşdırır.
“Barselona” prezidenti isə ona qarşı olan rüşvətxorluq ittihamlarını rədd edir.