"Zirə" yunanıstanlı futbolçu transfer etdi

 17:59 05.09.2020     185

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Dimitrios Çantakiasla anlaşıb.

25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu Bolqarıstanın "Çerno More" klubu olub. Çantakias daha əvvəl ölkəsinin "Panetolikos", “Fokiko” və “Kerkira” klublarının da şərəfini qoruyub.