“Neftçi”nin tanınmış hücumçusunun yubileyidir - VİDEO

 18:37 05.09.2020     187

Bu gün “Neftçi”nin sabiq futbolçularından Səmədağa Şıxlarovun 65 yaşı tamam olur.

Redaktor.az xəbər verir ki, 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı qəsəbəsində doğulmuş S.Şıxlarov “Neftçi”də üç fərqli vaxtda oynayıb.

O, 1974-1975-ci, 1977-1980-ci və 1982-1984-cü illərdə bu komandanın hücumçusu olub. Bundan başqa, Sumqayıtın “Xəzər”, Bakının “Avtomobilçi”, Kiyevin SKA, Gəncənin “Kəpəz” və Siyəzənin “Çıraqqala” komandalarında çıxış edib. Həmçinin, Çexoslovakiyada hərbi xidmətdə olduğu müddətdə orada da oynayıb.

1982-ci ildə SSRİ-nin 21 yaşadək millisinə də cəlb olunmuş S.Şıxlarovun məşqçilik karyerası da olub. O, “Neftçi”nin ikinci komandasında və “Şirvan”da baş məşqçi olub. Həmçinin, “Olimpik”, “Neftçi” və AZAL komandalarında məşqçi kimi çalışıb. 2008-ci ildən işsizdir. //Oxu.az