Millimizin futbolçusu ABŞ Liqasında fərqləndi - VİDEO

 11:09 06.09.2020     192

ABŞ Milli Futbol Liqasında çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov növbəti dəfə fərqlənməyi bacarıb.  

Redaktor.az xəbər verir ki, “Finiks Rayzinq” klubunun futbolçusu olan R.Dadaşov bu dəfə “Las-Veqas Layts” komandası ilə səfər matçında qol vurub. O, 90+5-ci dəqiqədə fərqlənərək son nəticəni müəyyənləşdirib - 2:0. 

Son nəticələrə görə, “Finiks Rayzinq” 11 oyundan 23 xalla B qrupunun lideridir.