Millətlər Liqasında 2-ci tur başlayır

 13:27 06.09.2020     185

Bu gün UEFA Millətlər Liqasında 2-ci turun oyunlarına start veriləcək.

Redaktor.az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma oynanılacaq.

İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşan Almaniya yığması A Liqasının 4-cü qrupunda İsveçrənin qonağı olacaq. İspaniya isə Ukraynanı qəbul edəcək.

B Liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gələcək. Rusiya isə Macarıstanın qonağı olacaq.

Eyni liqanın 4-cü qrupunda Uels Bolqarıstanı, İrlandiya isə Finlandiyanı qəbul edəcək. C Liqasının 3-cü qrupunda Sloveniya Moldova ilə, Kosovo Yunanıstan ilə qarşılaşacaq.

D Liqasının 1-ci qrupunda isə Andorra Farer adalarını, Malta Latviyanı qəbul edəcək.

6 sentyabr

UEFA Millətlər Liqası
II tur

A Liqası

4-cü qrup

22:45. İspaniya - Ukrayna

22:45. İsveçrə - Almaniya

Xal durumu: Ukrayna - 3, İspaniya - 1, Almaniya - 1, İsveçrə - 0.

B Liqası

3-cü qrup

20:00. Macarıstan - Rusiya

22:45. Serbiya - Türkiyə

Xal durumu: Rusiya - 3, Macarıstan - 3, Türkiyə - 0, Serbiya - 0

4-cü qrup

17:00. Uels - Bolqarıstan

20:00. İrlandiya - Finlandiya

Xal durumu: Uels - 3, Bolqarıstan - 1, İrlandiya - 1, Finlandiya - 0.

C Liqası

3-cü qrup

20:00. Sloveniya - Moldova

22:45. Kosovo - Yunanıstan

Xal durumu: Kosovo - 1, Moldova - 1, Sloveniya - 1, Yunanıstan - 1

D Liqası

1-ci qrup

17:00. Andorra - Farer adaları

22:45. Malta - Latviya

Xal durumu: Farer adaları - 3, Latviya - 1, Andorra - 1, Malta - 0

//Qol.az