“Traktor”un baş məşqçisi sərt cəzalandırıldı

 18:42 06.09.2020     180

İranın “Traktor” futbol klubunun baş məşqçisi Saket Elhami final oyununda hakimlərə etiraz etdiyinə görə cəzalandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb. Məlumatda deyilir ki, baş məşqçi bir illik müddətə futboldan məhrum edilib:

“Elhaminin bağışlanıb-bağışlanmaması hələlik bilinmir. Bağışlanmasa, yaxında yeni məşqçi seçilməlidir”.