Pyer Qasli ilk qələbəsini qazandı - “Formula 1”

 07:21 07.09.2020     105

Ötən gün Monza avtodromunda “Formula 1” üzrə İtaliya Qran-prisi keçirilib.

Redaktor.az xəbər verir ki, yarış bir çox sürpriz nəticələrlə əlamətdar olub.

Belə ki, “AlphaTauri” komandasının pilotu Piyer Qasli karyerasında ilk dəfə finiş xəttini hamıdan öncə keçib.

53 dövrəlik mübarizədə ikinci yeri “McLaren” komandasının pilotu Karlos Sayns əldə edib. İlk üçlüyü “Racing Point”in pilotu Lens Stroll tamamlayıb.

Bu yarışdan sonra pilotların siyahısına 164 xalla “Mercedes”dən Luis Hamilton başçılıq edir.

Bu komandanın digər sürücüsü Valtteri Bottas 117 xalla ikinci, Maks Ferstappen (“Red Bull”) isə 110 xalla üçüncü pillədə qərarlaşıblar.

Maraqlıdır ki, P.Qasli “Formula 1” tarixində qələbə qazanan 109-cu pilot olub. O, Olive Panisadan sonra qələbə qazanan ikinci fransalı idmançıdır.

O. Panisa 1996-cı ildə Monako Qran-Prisinin qalibi olmuşdu. //Oxu.az