Sevgilisi Ronaldunun evlilik təklifini qəbul etdi

 23:13 07.09.2020     157

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges portuqaliyalı futbolçunun evlilik təklifini müsbət cavablandırıb,

Redaktor.az xəbər verir ki, o, 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldunun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Forvard daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.

Qeyd edək ki, K.Ronaldunun 4 uşağı var. C.Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır. //Report.az