AFFA Təbrizin "Traktor" klubunu təbrik etdi

 18:10 08.09.2020     423

AFFA Təbrizin "Traktor" klubunun İran kubokunu qazanmasına biganə qalmayıb.

Redaktor.az xəbər verir ki, AFFA rəsmi "Facebook" səhifəsi vasitəsilə təbrik mesajı yayımlayıb.

"Traktor" klubunu İran kubokunun qalibi olması münasibətilə təbrik edirik!", - bildirilib.

Qeyd edək ki, "Traktor" finalda Tehranın "İstiqlal" klubunu 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.