“Qəbələ” yeni transfer etdi

 21:51 08.09.2020     453

Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Redaktor.az xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin “Koprivinitsa” klubunda başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub. //Qafqazinfo.az