Azərbaycan yığması vətənə döndü

 15:27 09.09.2020     306

UEFA Millətlər Liqasının C Liqasında Kipri 1-0 hesabı ilə məğlub edən futbol üzrə Azərbaycan yığması artıq vətənə qayıdıb.  

Redaktor.az xəbər verir ki, milli komandanı Heydər Əliyev Hava limanında futbol ictimaiyyəti qarşılayıb. 

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçirilmiş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 29-cu dəqiqədə kapitan Maksim Medvedev vurub. //Report.az