AFFA qızlar liqalarına bu tarixdə başlaya bilər

 17:44 09.09.2020     356

AFFA-nın təşkilatçılığı ilə keçirilən qızlar liqalarında (U-11, U-13, U-16 və Yüksək liqa) yeni mövsümünə start verilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, yarışların oktyabrın ikinci yarısında başlaması nəzərdə tutulub. 

Liqalarda iştirak etmək istəyən komandalar sentyabrın 10-dan etibarən qeydiyyat üçün AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə müraciət edə bilər.