“Qarabağ” - “Molde” matçının hakimləri AÇIQLANDI

 19:55 09.09.2020     174

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Norveç “Molde”si arasında keçiriləcək oyuna təyinatlar açıqlanıb.

Redaktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Novak Simoviç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki “AEK Arena”da oynanılacaq matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.