"Qarabağ" bu stadionda oynayacaq - FOTO

 22:15 09.09.2020     161

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Norveç "Molde"si arasında oyunun keçiriləcəyi "AEK Arena" 2 ilə (2015-2016) inşa olunub.

Redaktor.az-ın məlumatına görə, Kiprin Larnaka şəhərində yerləşən stadion 7 400 azarkeş tutumuna malikdir.

2016-cı il 27 noyabr tarixində açılışı olan arenaya AEK klubunun o vaxtkı prezidenti Andros Karapatakisin atası Georgi Karapatakisin adı verilib. Stadionda ilk oyun 2016-cı il oktyabrın 17-də yerli çempionat çərçivəsində AEK və "Aris" klubları arasında keçirilib. "AEK Arena" ilk avrokubok matçına isə 2017-ci il iyunun 29-da ev sahibliyi edib.

Stadionun dəyəri 8 500 000 avrodur.

Xatırladaq ki, "Qəbələ" 2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Larnakada Kipr APOLLON-u ilə üz-üzə gəlib. "Antonis Papadopulos" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Əyalət təmsilçisinin qolunu Cavid Hüseynov vurub.

Qeyd edək ki, sentyabrın 16-da oynanılacaq "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.//Report

1

1