Slovakiya – Azərbaycan oyununun vaxtı açıqlanıb

 10:03 10.09.2020     286

Slovakiya və Azərbaycan komandaları arasında 21 yaşadək futbolçulardan ibarət oyunun başlanma vaxtı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş oktyabrın 8-də olacaq.

Oyun Nitra şəhərindəki eyniadlı stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.