AFFA-nın Hakimlər Komitəsinin sədrinə UEFA-dan TƏYİNAT

 10:14 10.09.2020     399

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.

Redaktor.az-ın məlumatına görə, o, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iş başında olacaq.

Avstriyalı sentyabrın 17-də keçiriləcək “Astana” (Qazaxıstan) –  “Budoçnost” (Monteneqro) oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək. Matç Almatı şəhərindəki Mərkəzi stadionda baş tutacaq. //APA