PSJ klubu italiyalı futbolçunu icarəyə götürür

 14:35 10.09.2020     330

İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florensi Fransa təmsilçisi PSJ-yə keçmək üzrədir.

Redaktor.az-ın məlumatına görə, parislilər 29 yaşlı müdafiəçini icarəyə götürəcək.

Klublar arasında baş tutan danışıqlar artıq müsbət yekunlaşıb. Razılığa əsasən, italiyalı sağ cinah oyunçusu bu gün tibbi müayinədən keçəcək və PSJ-yə transfer prosedurunu yekunlaşdırmaq üçün Parisə yollanacaq. Fransızlar onu gələn il birdəfəlik transfer etmək hüququna malik olacaqlar.

Qeyd edək ki, Alessandro Florensinin “Roma” ilə müqavilə müddəti 2023-cü ilə qədərdir. Futbolçu ötən mövsümün ikinci dövrəsini icarə əsasında İspaniya klubu “Valensiya”da keçirib. //APA