Azərbaycan çempionatında III turun cədvəli açıqlanıb

 15:54 10.09.2020     341

Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.

Redaktor.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, gələn həftə baş tutacaq görüşlərin yeri və vaxtı bəlli olub.

Turun mərkəzi görüşündə ölkənin iki ən titullu klubu üz-üzə gələcək. “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisi sentyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

III tur

19 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

19:15. “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”

“Azersun Arena” //APA