Neymar koronavirusa qalib gəldi

 21:11 11.09.2020     242

Futbol üzrə Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar koronavirusa qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb. O, məşqlərə başladığını və bunun üçün çox sevindiyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 2-də Neymarın koronavirus testinin müsbət nəticə verdiyi açıqlanmışdı.