"Qarabağ"ın hücumçusu zədələndi

 22:27 11.09.2020     270

"Qarabağ" Azərbaycan Premyer Liqasının II turunun "Keşlə" ilə oyununda ciddi itki ilə üzləşib.

Redaktor.az-ın məlumatına görə, Ağdam klubunun hücumçusu Mahir Emreli ilk hissənin sonlarında zədələnib.

Oyunu davam etdirə bilməyən futbolçu Elvin Cəfərquliyevlə əvəzlənib.