Türkiyə klubunda 2 nəfər koronavirusa yoluxub

Türkiyənin daha bir klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.
Redaktor.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Gənclərbirliyi" rəsmi saytı vasitəsilə bunu bəyan edib. Ankaralılar bir futbolçu və bir klub işçisindən götürülən testin nəticəsinin pozitiv çıxdığını açıqlayıb. Hər iki şəxs artıq karantinə alınıb.
Qeyd edək ki, bu gün "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçının da koronavirusa yoluxduğu bildirilib. //Apasport.az