"Milan" yeni qapıçı aldı - RƏSMİ

 15:35 12.09.2020     400

İtaliyanın "Milan" komandası heyətini yeni qapıçı ilə gücləndirib. 

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Lion"undan transfer edilən Çiprian Tataruşanu ilə müqavilə imzalanıb. 

Le surprenant coup de gueule de Ciprian Tatarusanu - BeSoccer

34 yaşlı rumıniyalı qolkiperin sözləşməsi 2023-cü il iyunun 30-da başa çatacaq. 

Qeyd edək ki, Rumıniya millisində də çıxış edən Çiprian Tataruşanu 2019/2020 mövsümündə "Lion"un formasını geyinib.