Bülənt Qorxmaz istefa verdi

 18:58 12.09.2020     298

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssis özü açıqlama verib.

Qorxmaz, Super Liqa klubundakı işindən istefa verdiyini bildirib. Buna klub rəhbərliyinin onun razılığını almadan yeni hücumçu transfer etməsi səbəb olub.

Qeyd edək ki, Bülənt Qorxmaz 2020-ci ilin fevralından “Konyaspor”u çalışdırırdı. O, 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən