Rusiya klubunun 7 futbolçusunda koronavirus aşkarlandı

 20:35 12.09.2020     336

Volqoqradın "Rotor" futbol klubunun yeddi oyunçusunda koronavirus aşkar edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, analizlərin müsbət nəticələri İlya Jiqulevin, Aleksandr Saplinovun, Beki Mikeltadzenin, Kamil Mullinin, Niki Kipianinin, Azat Bayrıevin və Aleksandr Dovbninin müntəzəm yoxlamaları zamanı aşkarlanıb. Bundan başqa, inzibati qərargahın iki əməkdaşı da xəstələnib.

Komanda infeksiyanın yayılmasının qarşısının alınması üçün tədbirlər görüb və xəstəliklə bağlı Rusiya Futbol İttifaqına və Tinkoff rəhbərliyinə xəbərdarlıq edib.

"Krasnodar" futbol klubuna qarşı matç olacaq!", - "Rotor"dan bildiriblər.

"Rotor" və "Krasnodar" komandaları arasında matç sabaha planlaşdırılıb.