Rəşad Sadıqov ilk qələbəsini qazandı

 21:29 12.09.2020     322

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Səbail” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Sözügedən komandalar yeni mövsümdə ilk qələbə üçün meydana çıxıblar. Üç qolun qeydə alındığı görüşün sonunda qələbəni “Zirə” futbolçuları bayram ediblər.

Qeyd edək ki, bu, "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi Premyer Liqada ilk qələbəsi olub.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 sentyabr

Səbail – Zirə 1:2
Qol: Ü.Abbasov, 80-pen – D.Volkov, 47. R.Qurbanov, 67-pen.