“Qəbələ” gözlənilməz hesabla məğlub oldu

 21:30 13.09.2020     237

Bu gün Azərbaycan Premyer Liqasının II turunun son oyununda “Qəbələ” klubu “Sabah"la qarşılaşır.

Redaktor.az xəbər verir ki, Bakıdakı “Bank Respublika Arena”da keçirilən matç saat 19:00-da start götürüb.

Çempionatın ilk turunda heç-heçə ilə kifayətlənən Qəbələ təmsilçisi bu oyunda favorit hesab olunur.

"Qəbələ" səfərdə "Sabah"a 3-0 hesabı ilə məğlub olub. Qolları Bəhlul Mustafazadə, Coşqun Diniyev və Ramil Şeydayev vurub.

"Sabah" 77-ci dəqiqədən etibarən bir nəfər azlıqda oynayıb. Belə ki, Slavik Alxasov qırmızı vərəqə alaraq meydandan qovulub.