Araz Abdullayev Türkiyə klubuna keçir

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə qərar verib.
Redaktor.az-ın məlumatına görə, futbolçumuz qardaş ölkənin “Boluspor” klubunda çıxış edəcək.
Klub I liqa təmsilçisidir. Araz yeni komandası ilə 1+1 illik müqavilə imzalamağa hazırlaşır. //Ajanspor