24 ildən sonra futbola qayıtdı, rekordu yenilədi / VİDEO

 20:58 14.09.2020     278

Futbol üzrə Monqolustan çempionatının 15-ci turunun "Sumido Gepro" - "Ulan-Bator" oyununda maraqlı hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə, matçın 86-cı dəqiqəsində ev sahibi komandanın 54 yaşlı futbolçusu Xandsuren Oyunbileq meydana çıxıb.

Maraqlıdır ki, 1996-cı ildə peşəkar karyerasını başa vurmuş veteran oyunçu 24 ildən sonra yenidən futbola qayıdıb. O, komandasını məğlubiyyətdən (2:3) xilas edə bilməsə də, Yaponiyanın "Yokohama" klubunun 53 yaşlı futbolçusu Kadzuyosi Miuranın rekordunu yeniləyib.

Qeyd edək ki, "Sumido Gepro" klubu çempionatda keçirdiyi 15 oyunun hamısını uduzub. 7 qol vurub 82 top buraxan komanda sonuncu pillədə qərarlaşıb. //Report