İlin ən çox qazanan futbolçuları açıqlandı - Siyahı

 22:30 14.09.2020     66

"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.

Redaktor.az xəbər verir ki, siyahının ilk pilləsində "Barselona"nın kapitanı Lionel Messi (126 milyon dollar) qərarlaşıb. "Yuventus"dan Kriştiano Ronaldo 2-ci (117 milyon), PSJ-dən Neymar 3-cü (96 milyon) olub.

2020-ci ilin ən çox qazanan oyunçuları:

1. Lionel Messi ("Barselona") - 126 milyon dollar

2. Kriştiano Ronaldo ("Yuventus") - 117 milyon

3. Neymar (PSJ) - 96 milyon

4. Kilian Mbappe (PSJ) - 42 milyon

5. Məhəmməd Salah ("Liverpul") - 37 milyon

6. Pol Poqba ("Mançester Yunayted") - 34 milyon

7. Antuan Qrizmann ("Barselona") - 33 milyon

8. Qaret Beyl ("Real") - 29 milyon //Qafqazinfo

9. Robert Levandovski ("Bavariya") - 28 milyon

10. David De Xea ("Mançester Yunayted") - 27 milyon