Messinin Argentina yığmasındakı hədəfləri nələrdir?

 22:10 15.09.2020     279

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Argentina yığmasında çıxışlarını davam etdirmək niyyətindədir. 

Redaktor.az-ın məlumatına görə, 33 yaşlı hücumçu milli komandanın böyük yarışlarda qələbəsizlik seriyasına son verə biləcəyinə əmindir. O, 2021-ci il Amerika Kubokunun qalibi olmağı hədəflədiklərini bildirib. Messi habelə, Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında oynamaq istədiyini dilə gətirib. 

Qeyd edək ki, Argentina millisi sonuncu dəfə dünya çempionatında 1986-cı, Amerika Kubokunda isə 1993-cü ildə qızıl medal qazanıb. Son illər isə bu komanda ardıcıl 3 finaldan (DÇ-2014, Amerika Kuboku-2015 və 2016) məğlub ayrılıb. //goal.com