Millimizin hücumçusu əməliyyat olundu

 22:38 16.09.2020     57

Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov Avstriyada əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özünün rəsmi "Instagram" səhifəsində məlumat verib.

Əməliyyatın yaxşı keçdiyini vurğulayan gənc forvard bundan sonra daha səylə çalışmalı olduğunu bildirib: "Həyatda eniş-yoxuşlar olur. Bunlar onun bir parçasıdır. İlk mərhələ geridə qaldı. Əvvəlkindən daha çox çalışmalı olduğum vaxt gəlib çatdı. Asan heç nə yoxdur, amma bunlar məni öldürmür, əksinə, daha da güclü edir".

Dadaşov bu müddətdə ona dəstək olan insalara təşəkkür edib: "Ailəm, dostlarım və komanda yoldaşlarım sağ olsunlar. Hər gün mənə dəstək olurlar. Həmçinin tibb işçilərinə də təşəkkür edirəm. Yenidən güclü olmaq üçün çox çalışacağam. Tezliklə görüşənədək!".

Qeyd edək ki, Renat Dadaşov Azərbaycan yığmasının Lüksemburq (1:2) və Kiprlə (1:0) keçirdiyi UEFA Millətlər Liqasının oyunlarına dəvətlilər sırasında olub. //Report