"Qarabağ" - "Molde" matçında əsas vaxt qolsuz bitdi

 23:10 16.09.2020     252

"Qarabağ"  və Norveç "Molde"si arasındakı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda əsas vaxt başa çatıb.

Redaktor.az-ın məlumatına görə, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 

Bu səbəbdən, hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin olunub. 

Qeyd edək ki, görüş Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilir. Bu cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq. //Report