İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu

 14:45 17.09.2020     184

İngiltərənin "Midlsbro" komandasının baş məşqçisi Nil Uornokda koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, test nəticəsi müsbət çıxmış 72 yaşlı mütəxəssis dərhal karantinə alınıb.

Xəstəliyi simptomsuz keçirən Uornok müalicəsi tamamlandıqdan sonra komandanın sükanı arxasına qayıdacaq.

Qeyd edək ki, Çempionşipdə mübarizə aparan "Midlsbro" sentyabrın 19-da çempionatda "Bornmut"u qəbul edəcək.

//Report.az