"Zirə" legioner futbolçu ilə yolları ayırdı

 17:59 17.09.2020     247

"Zirə" futbolçusu George Antonla yollarını ayırıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, moldovalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Zirə" futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, G.Anton bu ilin yanvarından Bakı təmsilçisində çıxış edirdi.