Avropa Liqası: "Neftçi" "Qalatasaray"a məğlub oldu

 22:11 17.09.2020     301

Bu gün UEFA Avropa Liqasının seçmə mərhələsi çərçivəsində Azərbaycanın "Neftçi" futbol klubu ilə Türkiyənin "Qalatasaray" klubu qarşılaşıb.

Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları M. Diane (19, 63) və K. Luyindama (48) vurublar, "Neftçi"nin isə yeganə qolunu 46-cı dəqiqədə M. Mboc vurub.

Beləliklə, "Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb, "Qalatasaray" isə növbəti mərhələyə yüksəlib. //Trend

Vumart və Güvən reklamı Vumart Güvən