“Sumqayıt” klubu Cavid İmamverdiyevi heyətinə qatıb

 15:18 18.09.2020     317

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

Redaktor.az-ın məlumatına görə, 2017/18 mövsümündə komandanın şərəfini qorumuş Cavid İmamverdiyevlə müqavilə imzalanıb.

Bu yay “Sabah”dan “Keşlə”yə keçən, lakin tezliklə oradan da ayrılan yarımmüdafiəçi yeni komandası ilə 1+1 illik sazişə qol çəkib. İmamverdiyev “Sumqayıt”da 22 nömrəli formada çıxış edəcək.

Qeyd etdiyimiz kimi, Cavid İmamverdiyev 2017/18 mövsümündə “Sumqayıt”ın heyətində 28 oyun keçirib, 6 qola imza atıb. Futbolçu “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib. //APA