"Beşiktaş" keçmiş futbolçusunu geri qaytardı

 20:58 18.09.2020     303

Türkiyə "Beşiktaş"ı növbəti transferini gerçəkləşdirib.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Gökhan Töreni heyətinə qatıb.

"Yeni Malatyaspor"dan ayrılan 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin keçmiş üzvü 2013-2019-cu illərdə də "Beşiktaş"ın formasını geyinib. //Report