"Neftçi" "Qalatasaray"ın yetirməsini icarəyə götürdü

 09:51 19.09.2020     171

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Başakşehir" klubunun futbolçusu Mert Çeliki icarəyə götürüb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub. Klub bu yaxınlarda M. Çelik ilə sözləşmənin müddətini 2025-ci ilədək uzadıb. //Report.az